Rusiyanın yük avtomobilləri istehsalçısı "KamAZ" şirkəti bu il Azərbaycana 400 ədəd maşın ixrac etməyi planlaşdırır.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "KamAZ"ın 2016-cı ilə dair biznes-planında qeyd edilib.
Ümumilikdə şirkət bu il 29 min ədəd avtomobil istehsal ediləcək. Bunun 7 min ədədi ixraca yönələcək.