Azərbaycan Braziliyadakı yarışa buraxılmayan Rusiya paralimpiyaçılarının kənarda qalması səbəbindən Azərbaycana verilən lisenziyaları qəbul etməyib.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, İdman Arbitraj Məhkəməsinin (CAS) çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyaları əllərindən alınaraq digər ölkələrə paylanılıb.
Ölkəmizə də 3 lisenziyanın təqdim edildiyini Azərbaycan Paralimpiya Komitəsi açıqlasa da, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərar müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib. Beləliklə, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib. Bununla da paralimpiyaçılarımız özlərinin qazandıqları vəsiqə ilə Paralimpiya Oyunlarına qatılıblar.
Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.