2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz-kondensat hasil edilib.
Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 0,8 faiz azdır.
2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və kondensat hasil olunub.
Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun payına düşür.
2015-ci ildə əmtəə qazının hasilatı 19,72 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,5 faiz çoxdur.
2014-cü ildə 18,7 milyard kubmetr, 2013-cü ildə isə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub.
Aktual.az