Azər İşıq MMC-nin işçisi dünən faciəvi şəkildə vəfat edib.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 7-də Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ölüm faktı ilə bağlı araşdırmalar aparılır.