Azər Axşam 16 ildən sonra...

Azər Axşam 16 ildən sonra...

Aktyor Azər Axşam 16 ildən sonra yenidən teatr səhnəsinə qayıdıb.

Aktual.az xəbər verir ki, aktyor bu haqda "Onlar"da xəbər verib:

"Bu yaxınlarda Dövlət Pantomima Teatrında "Hamlet" tamaşasını təhvil verdik. Məşq başqadır, səhnədə rolu oynamaq başqa. Şekspirin böyük əsərini bir nəfəsə oynamaq və anlamaq asan deyil. Bacarıqlı aktyor olduğum üçün işin öhdəsindən gələ bildim. Sağ olsun Bəxtiyar Xanızadə. 16 il teatrdan uzaq qalan bir aktyora Hamleti oynatmağı bacardı".

A.Axşam teatrdan uzaqlaşma səbəbini də açıqlayıb:

"Tək səbəb maddiyat idi. İşini sevən birini teatrdan puldan başqa heç bir səbəb uzaq sala bilməz".

Aktyor daha sonra "Həyat tərzimə zidd obrazları sevirəm. "Qız atası" serialındakı Çingiz də elədir" deyə, əlavə edib.

 
Xəbər 895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR