Azay Quliyev təhsil işçiləri ilə görüşüb - FOTO

Azay Quliyev təhsil işçiləri ilə görüşüb   - FOTO

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan müəllimlərlə görüşüb.
Aktual.az xəbər verir ki, iştirakçıları salamlayan A.Quliyev təhsil işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri olduğunu qeyd edərək, seçki kampaniyasının sonuna doğru onlarla görüşməyin zərurət duyduğunu bildirib: “Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək mənim üçün əhəmiyyətlidir”.

Görüşdə çıxış edən iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən, müəllimlərin dərs saatlarının azaldılması, əməkhaqqı və s. fikirlərini bildiriblər. A.Quliyevə Milli Məclisdə çıxışı zamanı müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi haqqında məsələ qaldırmasına görə təşəkkürlərini çatdırıb, yenidən deputat seçildikdən sonra da bu məsələyə bir daha qayıtmağını xahiş ediblər.

Qaldırılan məsələlərə münasibət bildirən A.Quliyev qeyd edib ki, millət vəkilinin vəzifəsi bütün seçicilərin mənafelərini müdafiə etməkdir: “Əvvəllər olduğu kimi, bundan sonra da çalışacağam ki, dövlətimizin təhsil sistemində apardığı islahatlar çərçivəsində sizin maraqlarınızın müdafiəçisi olum”.

Görüşdə iştirak edən seçici müəllimlər 1 noyabr seçkisində yekdilliklə A.Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd A.Quliyev 27 oktyabrda saat 17:00-da 6-cı mikrorayonda yerləşən “Anar” Şadlıq Sarayında seçicilərlə görüşəcək.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR