AZAL Türkiyəyə təxirə salınan aviareysləri AÇIQLADI

AZAL Türkiyəyə təxirə salınan aviareysləri   AÇIQLADI

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb.

Aktual.az  bildirir ki, bu barədə APA-ya AZAL-dan məlumat verilib.
 
"Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq AZAL-ın aşağıdakı reysləri təxirə salınıb:
 
J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara
 
"Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər", - deyə məlumatda bildirilir.
 
Bundan başqa, Türkiyə kurortlarına AZAL reyslərinin heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirildiyi bildirilir.

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR