"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.
Aktual.az bildiirr ki, AZAL-dan Trend-ə verilən məlumata görə, Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, 16-20 iyul 2016-cı il tarixlərində İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.