AZAL-ın prezidenti: Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək

AZAL-ın prezidenti: Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək

Qəzaya uğrayan təyyarənin ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib.
Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.
O bildirib ki, hazırda bu məsələ dərindən araşdırılır və qəzanın səbəbləri müəyyənləşdiriləcək.
Qeyd edək ki, 25 dekabr tarixində "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.


Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR