"AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".
Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə AZAL-ın təyyarələri ilə səfər ediblər. Lakin Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.
AZAL-dan bildiriblər ki, təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlərlə üzləşdilər – uçuşlar təxirə salındı: "AZAL-ın simasında Azərbaycan tərəfi gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".