Şirkət rəsmisi danışdı.
“Azərbaycan Hava Yolları” (AZAL) Sinay yarmadası üzərindən uçuşlar həyata keçirmir.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski“AZAL Sinay üzərindən uçuşlar həyata keçirirmi?” sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Avropanın 2 böyük aviaşirkəti - Lufthansa və Air France-KLM oktyabrın 31-də Rusiya təyyarəsinin qəzaya uğradığı Sinay yarımadası üzərindən uçuşları dayandırmaq barədə qərar qəbul ediblər.
Şirkət rəsmiləri bu qərarı təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.