"Azadlıq Prospekti" stansiyasında təhlükəli vəziyyət


"Bakı Metropoliteni" QSC-nin "Azadlıq Prospekti" stansiyasının tavan və divarında bir neçə yerdə çat əmələ gəlib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bu tip çatlar və su sızmaları dayaz özüllü stansiyalarda nadir hallarda yağış suları nəticəsində əmələ gəlir:

"Həmin stansiyasının üstündə park var. Parkda yağış suları nəmişlik və su sızması hallarına gətirib çıxarır. Ancaq işçilərin səyi nəticəsində yaranmış vəziyyət aradan qaldırılır və çatlar təmir edilir".

N.Paşayev qeyd edib ki, sözügedən stansiyada yaranmış vəziyyət sərnişinlərin həyatı üçün heç bir təhlükə daşımır.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR