Gənclər və idman naziri Azad Rəhimovun Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri başlayır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfərin məqsədi 31 oktyabrda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda və II hesabat-seçki konfransında iştirakdır.
Bildirilib ki, Forumda gənclərin vətənpərvərlik və mənəvi əxlaqi tərbiyəsində turizmin və tarixin rolu, gənclərin karyera inkişafı, sahibkarlıq və uğura aparan yol, Azərbaycanın ictimai-siyasi həyatı və s. kimi mövzular müzakirə olunacaq.