"IV İslam Həmrəyliyi Oyunlarında birinci yerin sahibi olan idmançıların hər birinə 100 min manat dövlət büdcəsindən pul mükafatının verilməsi nəzərdə tutulub”.
Publika.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarında qalib idmançılara veriləcək pul mükafatının məbləğinə aydınlıq gətirərkən deyib.
A.Rəhimov bildirib ki, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin sərəncamına əsasən 50 min manatla birlikdə ümumilikdə qızıl medal qazanan idmançıya 150 min manat veriləcək:
"Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik”.
Nazir 150 min manat pul mükafatının çox olduğuna dair iddialara belə cavab verib:
"I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 150 minlə bu 150 min eyni deyil. İslam Həmrəyliyi Oyunlarını Avropa Oyunları ilə eyni səviyyədə tuturuq. İslamiadanı keçirən İndoneziya da idmançılarına təxminən elə bu məbləğdə pul mükafatı vermişdi”.
Aktual.az
Xəbər 559 dəfə oxunub.