Azad Rəhimov: "Bu il 206 gənc xarici ölkələrə ezam olunub"

Azad Rəhimov:
  • İDMAN

"Cari ildə Azərbaycanda gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov dekabrın 27-də media nümayəndələri ilə görüşdə deyib.
Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edildiyini bildirən A.Rəhimov qeyd edib ki, 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib: "Azərbaycan Gəncləri Günü münasibətilə cari il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə "Gənclər üçün Prezident Mükafatı" təqdim olunub".
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR