Azad edilən ərazilərdə daha 191 mina, 525 PHS aşkarlanıb

Azad edilən ərazilərdə daha 191 mina, 525 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.12.2025-21.12.2025) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Aktual.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 145 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1299 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR