Aytəndən ATV-yə keçməsi xəbərinə - Reaksiya

Aytəndən ATV-yə keçməsi xəbərinə -   Reaksiya

Teleaparıcı Aytən Səfərova ANS-dən ayrılıb ATV-də fəaliyyətə başlaması haqda yayılan məlumatlara münasibət bildirib. 

Aktual.az-ın məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb: 

"Əziz dostlar, mənim ANS-dən çıxmağım barədə məlumat yayılıb. Qeyd etmək istəyirəm ki, mən ANS-dən çıxmamışam, hazırda bülletendəyəm, bir müddət sonra isə məzuniyyətə çıxmağa hazırlaşıram. Haqqımda başqa kanala keçdiyimə dair məlumat yayan saytları da qınamıram, çünki mənim ANS-in efirində görünməməyim  bir çox mülahizələrin, müəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddətdə də mənə saytlar, sosial şəbəkələr vasitəsilə dəstək olan hər kəsə təşəkkür edirəm".

 
Xəbər 846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR