Çaylarda sululuq yenidən artacaq

Çaylarda sululuq yenidən artacaq

Yaxın 2-3 gün ərzində Azərbaycanın rayonlarının bəzi ərazilərində gözlənilən lokal xarakterli intensiv yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı proqnozlaşdırılır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, iyulun 2-də axşam və gecə Kiş çayının yuxarı hissəsində qısamüddətli daşqınlar keçib. Çuxadurmaz, Qaynar, Damarçın qollarından ibarət olan Kiş çayında qısamüddətli daşqın onun məhz Damarçın çayında baş verib. İyulun 3-də səhər bu çayda suyun səviyyəsi enib. Hazırda Kiş çayında sabit sululuq müşahidə edilir.


Şəkidə daşqınla bağlı xüsusi qərargah yaradıldı - 80 nəfər təhlükəsiz əraziyə köçürüldü
A.Verdiyev əlavə edib ki, Böyük Qafqazın cənub yamacı çayları, o cümlədən Balakən-Şəki bölgəsinin çayları daşqın və selə həssas çaylardır. Bu bölgənin çaylarında iyulun 2-də baş verən daşqından da güclü daşqın və dağıdıcı sellər olub.

Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR