Çaylarda sululuq səviyyəsi açıqlandı

Çaylarda sululuq səviyyəsi açıqlandı

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Aktual.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Yanvarın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Yanvarın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunub. Belə ki, Şirvanda və Salyanda 2 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Kür çayının Surra məntəqəsində və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2016-cı il yanvarın 09-da 458 sm), Şirvanda 341 sm (2016-cı il yanvarın 09-da 353 sm), Salyanda 303 sm (2016-cı il yanvarın 09-da 307 sm), Bankədə 233 sm (2016-cı il yanvarın 09-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2016-cı il yanvarın 09-da 183 sm) təşkil edir.

Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR