Çaylarda DAŞQIN TƏHLÜKƏSİ yaxın iki gün ərzində qalacaq

Çaylarda DAŞQIN TƏHLÜKƏSİ yaxın iki gün ərzində qalacaq

Yaxın iki gün ərzində Azərbaycanın çaylarında daşqın təhlükəsi qalacaq.
AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, Azərbaycanda yağıntıların fasiləsiz olaraq bir neçə gün davam etməsi nəticəsində ölkənin əksər ərazi çaylarında, xüsusilə Böyük Qafqazın cənub  yamacı çaylarında - Kürmükçay, Muxaxçay, Şinçay, Kişçay, Dəmiraparançay, Göyçay, Dəvəbatançay, Girdimançay, Quba-Xaçmaz zonasında Vəlvələçay, Qusarçay, Qudyalçay, həmçinin Lənkəran çaylarında gursululuq davam edir. Onun sözlərinə görə, gursululuq bir çox hallarda daşqına keçir və buna misal kimi İsmayıllı rayonu ərazisindən keçən Dəvəbatançayı göstərmək olar.
E. Əlizadə deyib ki, yağışların intensiv düşməsi və çay dərəsinin uzun müddət əhali tərəfindən həm mənimsənilməsi, həm də çay dərəsinin əvvəlki illərdə gətirdikləri ilə dolması nəticəsində çayın su buraxma qabiliyyəti azalıb və çay gələn daşqın sularını ötürə bilməyib: “Nəticədə 12 yaşayış məntəqəsinə, o cümlədən əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Şinçay, Kişçay, Kürmükçay, Girdimançay, Dəmiraparançay Vəlvələçay, Qusarçay, Qudyalçay, Viləşçay, Lənkərançay, Kürəkçay, Gəncəçay, Qoşqarçay və Zəyənçayda daşqın təhlükəsi qalmaqdadır”. (APA)
Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR