"The Planetary Society” kanalı sosial şəbəkələrdə unikal kadrlar yayımlayıb. Bu kadrlarda Ayın səthindən Yer kürəsinin "doğuşu” görüntülənir.
Aktual.az Virtualaz.org-a istinadən xəbər verir ki, çəkilişi 2,2 meqapiksellik iki kamera vasitəsi ilə Yaponiyanın "Kaquya” kosmik aparatı aparıb. Aparat həmçinin "SELENE” adı ilə tanınır.
2007-2009-cu illərdə "Selenological and Engineering Explorer” (SELENE) missiyasında iştirak edən Yaponiyaya məxsus üç elmi zond Ayın ətrafında dövr edib və yüksək keyfiyyətli çəkilişlər aparıb. Bu həftə Yaponiyanın JAXA kosmik agentliyi "Kaquya”nın çəkdiyi bəzi fotolar dərc edib.