"Ayıb olsun, bu qız sevgilim deyil" - Nadir Qafarzadə


 

Ötən gün “Azad Azərbaycan” telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışması söz-söhbətsiz ötüşməyib. Lent.az-ın məlumatına görə, müsabiqə zamanı müğənni Nadir Qafarzadə tələbəsi Yeganə Orucovanı dəstəkləməsi müzakirəyə səbəb olub. N.Qafarzadə isə fikrini özünəməxsus şəkildə izah edib: “Bəzi iştirakçılar arasında belə bir şayiə yayılıb ki,  guya mən tələbəm Yeganə Orucova ilə sevgiliyəm. Çox ayıb olsun ki, belə bir söz danışıblar. Guya tələbəmlə sevgi macərası yaşayıram.  Bu qız mənim övladım yerindədir. Hətta yaşca mənim oğlumdan da balacadır. Çox xahiş edirəm ki, bu cür söz-söhbətlərə son qoyasınız. Bəli, mən öz tələbəmin ifasını bəyənirəm. Ona sms-də göndərmişəm. Dəstəkləyirəm, dəstəkləyəcəm də. İstəyirəm ki, İstanbulda keçiriləcək “Türkvision” yarışmasında ölkəmizi layiqli iştirakçı təmsil etsin”.

Proqramın sonunda açıqlanan nəticələrə görə, N.Qafarzadənin tələbəsi Y.Orucova növbəti mərhələyə keçib. Müğənninin növbəti mərhələyə vəsiqə qazanmayan digər tələbəsi Fidan Həmzəyeva isə canlı efirdə N.Qafarzadəyə “Münsif kimi sizi seçməyim yanlış idi”, deyərək, səhnəni tərk edib. Canlı yayım bitəndən sonra isə F.Həmzəyevanın anası ilə N.Qafarzadə arasında söz davası olub. Telekanalın əməkdaşlarının müdaxiləsindən sonra ara sakitləşib. 

Xəbər 4081 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR