Rusiyanın "Alrosa" almaz emalı şirkətinin bir qrup geoloqu Yakutiya Respublikasının Suntar rayonunda xüsusi mühafizə olunan "Oçuma" təbiət zonası ərazisində ayı hücumuna məruz qalıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Respublikanın Təbiətin Mühafizəsi Nazirliyinə istinadən TASS məlumat yayıb.
Hücum nəticəsində bir nəfər itkin düşüb.
"Sentyabrın 12-si gecə saatlarında geoloji ekspedisiyanın üzvlər qışqırıq səsi eşidiblər. Onlar səsə bayıra çıxdıqda ayının siluetini görüblər və qan izləri aşkar ediblər", - deyə idarədən bildirilib.
Səhər geoloqlar peyk telefonu ilə insident barədə məlumat veriblər və itkin düşən əməkdaşlarını tapa bilmədiklərini söyləyiblər.
Hazırda hadisə yerinə Daxili İşlər Nazirliyi və Prokurorluğun istintaq qrupu cəlb olunub.