Əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin “Biri varmış biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, dekabrın 1-i Heydər Əliyev sarayında baş tutacaq konsertdə respublikanın bir çox tanınmış musiqi xadimləri iştirak edəcək. Sənət gecəsində bəstəkarın populyar mahnılarıyla yanaşı, bir sıra simfonik əsərlərinin və xoreoqrafik nömrələrin olacağı gözlənilir.
Konsertdə iştirak edəcək aparıcı kollektiv xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət kamera orkestridir.
Qeyd edək ki, konsert fərqli və maraqlı səhnə tərtibatı, ssenarisi ilə diqqət çəkəcək.
Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Xəbər 611 dəfə oxunub.