Əməkdar artist Aygün Bəylərlə Röya Ayxan arasındakı qalmaqal səngimək bilmir.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, A.Bəylər "Səhər-səhər” verilişində Elgiz Əkbərin "Röya sənətkardır” deməsinə etiraz edərək, verilişi tərk edib: "Hansı sənətdən danışırsan? Əsəbiləşdirirsən məni... Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. Şou biznesdəkilərin 80 faizi o gündədir. Sənətkar mənəm ey. Sənin onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı (Nigar Camal – red.) Röyanın yanına qoysan sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Hansı oxuyanda musiqi təhsili var? Estrada da, ərəb mahnısı, muğam da oxuyuram. Kimə deyim? Xoşuma gəlmir sənəti olmayandan danışırsan. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, tək gəlmisən, necə edim mən də?
Çox söhbətlər var ey. Çağırırlar tədbirə gedib oxuyurlar. Biz o vaxt tədbirdə sənətkarlar görəndə qorxurduq salam verməyə. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardı? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib sənətə gələ bilməzsən”.
Aygün daha sonra "Sənəti olmayan yanında belə danış" deyib, efiri tərk edib. Daha sonra isə geri qayıdıb.
Qeyd edək ki, A.Bəylər illər öncə Lent.az-a müsahibəsində "Röya sənətkar deyil” demişdi. R.Ayxan isə onun bu fikirlərinə kəskin reaksiya vermişdi.