Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Aktual.az-ın lent.az-a istinadən məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq. Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib. A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Aktual.az