Türkiyənin "TMB TV"sində yayımlanan "Pərəstişkarların savaşı" ("Fan savaşları") yarışının budəfəki hədəfi xalq artisti Aygün Kazımova və müğənni Ebru Gündeş olub.
Aktual.az axşam .az-a istinadən xəbər verir ki, tanınmış ifaçıların fanatlarını üz-üzə qoyan yarışın nəticələri açıqlanıb. E.Gündeş 51 faiz səs toplayaraq, qalib gəlib.
Qeyd edək ki, yarışın qaydasına əsasən, hər iki sənətçinin fotoları telekanalın rəsmi internet və "Facebook" səhifələrində paylaşılıb. Pərəstişkarları sosial şəbəkədə sevdikləri müğənninin adını yazaraq ona səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab edilir. Qələbə qazanan sənətçinin mahnıları və klipləri isə gün ərzində adıçəkilən kanalda nümayiş edilir.