Tanınmış xanəndə, Əməkdar artist Aygün Bəylər muğam dəstgahı yazır.
Aktual.az Ölkə.Az-a istinadla xəbər verir ki, o, muğam dəstgahını musiqi aləmi adından Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edəcək.
"Yeni dəstgah və muğam yazıram. Bu işə neçə illərdir başlamaq istəyirdim. Vasif Adıgözəlov, Tofiq Quliyev kimi sənətkarların yanında böyümüşəm. Bu gün də onların böyüklüyünə, dəstəyinə çox ehtiyacım var. Onlar yoxdular, bir az sıxılıram ki, nəsə ortalığa çıxararam, istədiyim kimi alınmaz. Bunu sürpriz saxlamaq istəyirdim, amma soruşdunuz, deyirəm. Bir musiqiçi, sənətkar kimi muğamımızı dünyada birinci yerdə hesab edirəm. Mehriban xanım Əliyevaya minnətdarlıq əlaməti olaraq musiqi aləminin adından qəlbimizin səsini çatdırmaq istədim. Dəstgahın adı "Mehribani"dir və simfonik orkestrlə yazılacaq. Yeni başlamışam".
Xanəndə bildirib ki, "Mehribani"ni ilin sonuna qədər tamaşaçılara təqdim edəcək.
Aktual.az
Xəbər 904 dəfə oxunub.