Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 25-də saat 11:00-da Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında (Naxçıvan pr. 1\6) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.