"Üzvlük haqqı ödəməyənlərin siyahısını hələlik dərc etməyi dayandırmışıq. Bəzi üzvlərimizə möhlət vermişik”.
Aktual.az bildirir ki, bunu "yeni sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, zərurət yaranarsa, siyahının davamı da dərc olunacaq:
"Möhləti tək siyahıda adı olanlara deyil, hər bir üzvümüzə vermişik. 10 gün ərzində yığılan borcu ödəməsələr, siyahının növbəti hissəsini də dövrü mətbuatda dərc edəcəyik. İlk siyahıdan sonra ödənişi edənlərin sayı artıb. Nisbətən canlanma müşahidə olunur. Yenə də zərurət yaranarsa, bunu davam etdirəcəyik. Əks halda fevralın 1-nə qədər üzvlük haqqını ödəməyən hər bir şair, yazıçı AYB-dən xaric olunacaq”.
Qeyd edək ki, AYB rəhbərliyi qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını hazırlayıb. İlk 58 nəfərin siyahısı dövrü mətbuatda dərc olunub. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
Xəbər 38 dəfə oxunub.