Quba sakini elektrik mişarı ilə ehtiyatsız davranıb.
Aktual.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də Quba rayonunun Adur kəndində yaşayan Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.
Araşdırma aparılır.