Ayağı kəsilən xalq artistindən xəbər var

Ayağı kəsilən xalq artistindən xəbər var

Azərbaycanın xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

Aktual.az M.Maniyevin həyat yoldaşıNəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyorun vəziyyəti hazırda qənaətbəxşdir: "Ümumi vəziyyəti normaldır, narahatlıq yaradan səbəb yoxdur. Özü də qalmaq istəmirdi, ona görə bazar günü xəstəxanadan çıxardıq".
 
N.Maniyeva əlavə edib ki, M.Maniyevin müalicələri ev şəraitində davam edəcək: "Evdə nə lazımdırsa, edəcəyik. Tikişləri hələ sökməyiblər. Ehtiyac olanda həkimlər evə gəlib-gedəcəklər".
 
Qeyd edək ki, M.Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. Avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.    

 
Xəbər 921 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR