Ayağı ayağın üstünə aşırmaq təhlükəlidir

Ayağı ayağın üstünə aşırmaq təhlükəlidir

Ağır yük qaldırmaq, artıq çəki və hərəkətsizlik bədənin müxtəlif hissələrində yırtıqların yaranmasına səbəb olur. Ancaq bu problemin əmələ gəlməsində digər bir faktor da ayağı ayağın üstünə qoymaqıdır.

Aktual.az  atv.az-a istinadən bildirir ki, cəmiyyətdə bel-qıç ağrısı deyilincə ağla ilk gələn bel yırtığıdır. Həkimlər deyir ki, oynaqların funksiyasının pozulması nəticəsində bel və ya bel-omba ağrısı xəstəlikləri yaranır. Sakroiliak sindromlu xəstədə ağrı əksər hallarda alt bel və omba üzərində olur.

Bir ayağın digər ayağın üzərinə qoyularaq oturulması ayaqlar arasında boy fərqi meydana gətirir. Bir ayağın digərindən qısa olması isə ayaq burxulmalarına səbəb olmaqla yanaşı, zamanla onurğa üzərində tarazlıq və duruş pozulması yaradır.

Möhkəm yıxılmadan sonra və ya uzun müddət ayağı ayağın üstünə atan insanda sakroiliak funksiya pozulması və ayaqlarda bərabərsizlik olduğunda, bu zamanla bel yırtığı, skolyoz, boyun yırtığı, çənə problemləri, miqren və psixoloji problemlər yaranır.

Qeyd edək ki, bel və boyun yırtıqlarının 98 faizi əməliyyat olunmadan müalicə edilə bilir.  

Xəbər 1096 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR