Axtarışda olan Salyan sakini xəstəxanadan qaçdı

Axtarışda olan Salyan sakini xəstəxanadan qaçdı

Salyanda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs xəstəxanadan qaçıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, həmin şəxsin 2017-ci ilin dekabrında mənzildən pul oğurlamaqda şübhəli bilinən və barəsində axtarış elan edilən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Qəmbərov Həsən Sakit oğlu olduğu müəyyənləşib.
Məlum olub ki, o, aprelin 20-də polis tərəfindən saxlanılarkən özünə bıçaqla xəsarət yetirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərova tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və o, bu gecə müəmmalı şəraitdə  xəstəxanadan qaçıb.Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 
Aktual.az 
Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR