Axtarışda olan azərbaycanlı tutulub ​Rusiyada

Axtarışda olan azərbaycanlı tutulub  ​Rusiyada

Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycandan olan həmkarları ilə qarşılıqlı fəaliyyət şəraitində Yekaterinoslavka yaşayış məntəqəsində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar. 

"Report" DİN-in Amur vilayəti üzrə İdarəsinin saytına istinadən xəbər verir ki, saxlanılan şəxs xeyli miqdarda ziyan vurmaqla fırıldaqçılıq hərəkətlərində ittiham olunur.
Sözügedən vətəndaş hüquq-mühafizə orqanlarından Rusiya Federasiyası ərazisində gizlənib.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan şəxsin yerini müəyyən edərək onu tutublar.
Hazırda vətəndaş müvəqqəti saxlanma təcridxanasındadır. Onun vətəninə ekstradisiyası məsələsinə baxılır.

Aktual.az

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR