Axtarışda olan 375 nəfər saxlanıldı

Axtarışda olan 375 nəfər saxlanıldı

2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanıl­ıb.

Aktual.az APA-ya istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbə­kistan, 3 nəfəri İran İslam Res­pub­likası, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olubar.

Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq­-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhə­dindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR