“AXCP və Müsavat bitmiş, özünə hörmət etməyən şəxslərin rəhbərlik etdiyi küçə partiyalarıdır”.
Bu sözləri Aktual.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.
Onun sözlərinə görə, hər iki partiya siyasət meydanında yoxdur:
“Siyasi partiya o zaman güclü olar ki, onun ətrafında sosial bazası olsun. Minlərlə tərəfdarı olsun, üzvlər arasında partiyaya inam olsun. Başqa sözlə desək, ideologi həmrəylik olmalıdır. Yox əgər, bir partiyanın rəhbəri partiyaya, üzvlərə gəlir mənbəyi kimi baxırsa, onun sonu belə də olmalıdır. Mənim üçün, elə cəmiyyət üçün də bu partiyalar çoxdan bitib”.
Adnan//Aktual.az