Nazir Yunanıstana rəsmi səfər edib.
Bu gün ən real enerji layihəsi Trans-Anadolu Boru Kəməri (TANAP) və bunun davamı olan “Trans-Adriatik” qaz kəməri (TAP) layihəsidir.
Oxu.Az Türkiyənin Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xairici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Kotziasla görüşündə bildirib.
O həmçinin əlavə edib ki, Azərbaycan ilə TANAP-ı müəyyən edilən tarixdən əvvəl bitirmə məsələsində işləri sürətləndirmişik.
Qeyd edək ki, Trans-Anadolu Boru Kəməri (TANAP) başlanma tarixi 2019-cu ilin iyulun 1-də, tam istismarı isə 2021-ci il iyulun 1-də reallaşması nəzərdə tutulub.
Onu da əlavə edək ki, türkiyəli nazir Yunanıstana rəsmi səfər edib.