Xarici işlər naziri Sergey Lavrovla görüş Rusiya ilə birbaşa danışıqların başlanğıcı olacaq.
Aktual.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində iyulun 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündən danışarkən deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması və birbaşa dialoq üçün bazanın yaranması prosesi başlayıb: "Sabahdan Rusiya ilə birbaşa danışıqlar başlayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ikitərəfli münasibətləri və regional mövzuları səmimi atmosferdə müzakirə edəcəyimizə ümidvaram".
Qeyd edək ki, iyulun 1-də Rusiyanın Soçi şəhərində QDİƏT-in toplantısı keçiriləcək. Bu yığıncaqda iştirak etmək üçün Mövlud Çavuşoğlu Soçiyə gedəcək.