"Qarabağ məsələsində diplomatiya işləmədi. Beynəlxalq ictimaiyyət Azərbaycanı illərlə məşğul etdi”.
Aktual.az xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Amma biz də can Azərbaycanı dəstəklədik, hər zaman sizinləyik. Azərbaycan "artıq bəsdir”, "səbrimiz tükəndi", - dedi. Qısa zamanda, 44 gündə torpaqlarını geri aldı. Can Azərbaycanın qəhrəman ordusunu və təhlükəsizlik qüvvələrini təbrik edirik”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri əlavə edib.
Xəbər 731 dəfə oxunub.