ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə edib.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Blinken ABŞ-ın iki ölkə arasında dialoqu təşviq etməyə və uzunmüddətli siyasi nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib.
***
17:44
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.
Tərəflər iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsi və bölgəni əhatə edən digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər 361 dəfə oxunub.