Çavuşoğlu Blinkenlə görüşdü - Nədən danışdılar?

Çavuşoğlu Blinkenlə görüşdü - Nədən danışdılar?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
 
Aktual.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
 
Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.
 
Tərəflər iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsi və bölgəni əhatə edən digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR