Avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktivləşdi

Avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktivləşdi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, yağmurlu hava şəraiti davam edəcəyi təqdirdə sürüşmə sahəsi daha da aktivləşə bilər.

Dəstə rəisi əlavə edib ki, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində və Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahələrində də nisbətən aktivlik qeydə alınıb.

R. Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər klassik sürüşmə sahələrində hələlik sabitlikdir.

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR