"Avtovağzalın qarşısında baş verən hadisə sırf sürüşmə deyil"


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmənin səbəblərini açıqlayıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmənin baş verməsinin başlıca səbəbi antropogen amillərdir.

Direktor müavininin sözlərinə görə, həmin ərazidə yol altında və yol altına yaxın olan infrastrukturda bərkitmə işləri yüksək keyfiyyətlə aparılmayıb: "Hadisə həm də həmin əraziyə axan suların ərazidən uzaqlaşdırılması üçün kifayət qədər su ötürücü qurğuların tikilməməyinin nəticəsində baş verib. Yolun altı kifayət qədər yaxşı bərkidilməyib və su ötürücü qurğular kifayət qədər tikilməyib".

E. Əlizadə qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən hadisə sırf sürüşmə hadisəsi deyil: "Hamı bunu sürüşmə hadisəsi kimi təqdim edir. Əslində, bu sırf sürüşmə deyil, bu sürüşmə-çökmə hadisəsidir".

Milli.Az

Xəbər 747 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR