Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda 14.000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.