Avtomobilin qarşısını kəsib pul tələb etdilər

Avtomobilin qarşısını kəsib pul tələb etdilər

Bakıda quldurluq hadisəsi baş verib.
Aktual.az-ın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 10-da Bakı şəhər sakini Qabil Abdullayev Sabunçu RPİ 12-ci PB-yə müraciət edərək həmin gün Sabunçu qəsəbəsində paytaxt sakini İsmayıl Rüstəmovun idarə etdiyi “VAZ-2104” markalı avtomobildə sərnişin qismində gedərkən “VAZ-2107” markalı avtomobillə qarşısının kəsilməsini və maşından düşmüş 2 şəxsin onu bıçaqla hədələyərək 753 manatını və mobil telefonunu alıb hadisə yerini tərk etməsini bildirib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakinləri Rövşən Hüseynov tutulub, sərnişini isə müəyyən edilib.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR