Avtomobilin dövlət qeydiyyat nişanı itərsə, NƏ ETMƏLİYİK?

Avtomobilin dövlət qeydiyyat nişanı itərsə, NƏ ETMƏLİYİK?

Avtomobilin dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini ölkə ərazisində və ya onun ərazisindən kənarda fərqləndirən nişandır. Müəyyən səbəblərdən bu nişan itə və ya zədələnə bilər.
Bu zaman nə etmək lazımdır?
Aktual.az milliaz-a istinadən xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, nömrələr avtomobilə möhkəm bərkidilməlidir:
"Sürücülər dövlət qeydiyyat nişanını avtomobildə önəmlidir. Onu yapışqanla yapışdırmaq olmaz. Yapışqanlar keyfiyyətsizdir. Müəyyən müddət sonra quruyur. Həmçinin, su gölməçəyə girəndə suyun dalğası onu vurur. Ona görə də onu etibarlı vitlə bağlamaq lazımdır. Sürücülər itən avtomobil nömrəsinin nüsxəsini ala bilməz. Sürücü nömrəsinin itdiyini aşkar edən kimi dərhal polisə məlumat verməlidir. Daha sonra yeni nişan əldə etmək üçün müraciət etməlidir. Tək nömrəylə avtomobil idarə etmək olmaz. Bu qanunun tələbidir. Rüsum ödədikdən sonra yeni dövlət qeydiyyat nişanı əldə edə bilər”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, nömrə itən zaman məsuliyyət sürücünün üzərinə düşür:
"Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dövlət qeydiyyat nişanlarının oğurlanması və ya itməsi faktına təşəbbüs göstərməlidir. Bu məqsədlə aidiyyatı üzrə polis orqanına yazılı müraciət etməlidir. Yol Hərəkəti Haqqında Qanunun 29-cu maddəsinə əsasən itmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda həmin nişan ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam hüququ olan digər şəxslərə təklif olunur. İnzibati Qanunvericiliyin tələblərinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etməyə görə 100 manat cərimə nəzərdə tutulub. Həmin xətalar 4 balla qiymətləndirilir”.
Qeyd edək ki, yeni dövlət qeydiyyat nişanı almaq üçün rüsum 60 manatdır.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR