Bakıda avtomobildən oğurluq olub.
Aktual.az Report-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Təranə Əsgər qızı Aslanovaya məxsus BMW markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 40 min manat dəyərində qızıl-zinyət əşyaları, 100 manat pul və sənədlər olan əl çantası oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.