Bir ailənin 4 üzvü zəhərləndi Azərbaycanda dəhşət

Bir ailənin 4 üzvü zəhərləndi      Azərbaycanda dəhşət

Ucarda bir ailənin 4 üzvü zəhərlənib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakini Təyyar Sadıqov, onun həyat yoldaşı Samirə Sadıqova, övladları Rəvan və Kənan Sadıqovlar zəhərlənmə diaqnozu ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

 

Ailə başçısı T. Sadıqov axşam yeməyi vaxtı bazardan aldıqları xiyar və pomidordan yedikdən sonra vəziyyətlərinin kəskin pisləşdiyini və xəstəxanaya müraciət etdiklərini deyib.

 

Ucar Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinin müdiri Gündüz Qasımov bildirib ki, hazırda uşaqların vəziyyəti kafi olsa da, valideynlərin müalicəsi xəstəxanada davam etdirilir. 


Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR