İraqda minalanmış avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Tuz Xurmatu şəhərinin meri Şalal Abdul məlumat verib.
Hücum zamanı hədəf şəhər bazarının girişində qurulan polis blok-postu olub. Partlayıcı qurğu terrorçu-kamikadzenin idarə etdiyi avtomobildə gizlədilib.
Partlayışa görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.
Aktual.az